Hava niyə belə anomal keçir? – Baharı gözləyirdik, qış gəldibackend

Hava niyə belə anomal keçir? – Baharı gözləyirdik, qış gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin mart ayı soyuq keçir. Hətta havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcə aşağıdır”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mart ayında müşahidə olunan sonuncu ən soyuq vaxt 2012-ci ildə qeydə alınıb: “Həmin vaxt 2.9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxda qar örtüyü də əmələ gəlmişdi”.

Xidmət rəisi vurğulayıb ki, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil: “Mart ayı hər zaman sürprizlərlə dolu olub. Hətta 2013-cü ildə Bakıda 28 dərəcə isti də qeydə alınmışdı”.