Efiopiyada humanitar fəlakət başladı: 2 milyon didərgin, böyük aclıq…backend

Efiopiyada humanitar fəlakət başladı: 2 milyon didərgin, böyük aclıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BMT-nin baş katibi Antonio Quterreş Efiopiyada humanitar fəlakət başladığını elan edib. O, 2 milyondan çox insanın evlərindən didərgin düşdüyünə diqqət çəkdi. Qida, su, sığınacaq və tibbi yardım da daxil olmaqla həyati əhəmiyyətli humanitar yardıma ehtiyacı olan milyonlarla insan var.
TİA.AZ xəbər verir ki, indi ölkədə 400 min insan aclıq şəraitində yaşayır. UNICEF qarşıdakı 12 ay ərzində təxminən 100.000 uşağın ağır qidalanma ilə üzləşəcəyini bildirir.
Qaçqın düşərgələri və sağlamlıq sistemləri qarşıdurmalar səbəbiylə məhv edilib. Xəstəxanalara və klinikalara hücumlar edilir. Elektrik müntəzəm olaraq verilmir.
Cinayət və zorakılıq halları çoxdur.
Bundan əvvəl Efiopiyanın Tiqray bölgəsinə təşkil edilən hava hücumu nəticəsində 64 nəfər ölüb, 180 nəfər yaralanıb. Mətbuat bunun Tiqranın Azadlığı Xalq Cəbhəsinin (NFOT) üzvlərinə qarşı edildiyini yazır.