Dünyanın ən təmiz ölkəsi hansıdır? – STATİSTİKAbackend

Dünyanın ən təmiz ölkəsi hansıdır? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olub ki, Braziliya xalqı dünyanın ən təmiz insanlarıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə “World Population Review” jurnalı insanların dünyanın hansı ölkəsində gündə neçə dəfə yuyunması ilə bağlı məlumatları təhlil edərək yazır. Buna əsasən, Braziliya əhalisinin 99 faizi hər gün yuyunsa da, əksəriyyəti bunu gündə bir neçə dəfə edir. Orta hesabla hər braziliyalı gündə iki dəfə duş qəbul edir, baxmayaraq ki, əhalinin yalnız 7 faizi çimir.

Araşdırmaya görə, Hindistan xalqı gündə iki dəfə yuyunsa da, daha az duş qəbul edir. Britaniyalılar ən çox çimməyi xoşlayırlar – 32 faiz. Almaniyada respondentlərin 92 faizi, Meksika və ABŞ-da 90 faizi, Fransada 76 faizi hər gün duş qəbul edir.