Bu ölkədə TikTok-a giriş məhdudlaşdırılıbbackend

Bu ölkədə TikTok-a giriş məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda Çində yerləşən TikTok sosial media platformasına giriş məhdudlaşdırılıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Qırğızıstandakı istifadəçilər, sosial media platformaya bu gündən etibarən Google, Opera və Safari kimi brauzerlər vasitəsilə daxil ola bilmədi.

Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün 2023-cü ilin avqustunda ölkədə TikTok-un qadağan edilməsi barədə qərar qəbul edib.