Bitkoin 6 %-ə yaxın ucuzlaşıbbackend

Bitkoin 6 %-ə yaxın ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti ötən ilin iyulundan bu yana ilk dəfə olaraq 33 min ABŞ dollarından aşağı düşüb.

TİA.AZ xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 5,47 % ucuzlaşaraq 32,855 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 628,79 milyard ABŞ dolları həddində qərarlaşıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 7,38 % azalaraq 2,379 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Cardano”dur.

Kriptovalyuta bazarının toplam dəyəri 1,501 trilyon ABŞ dollarına düşüb.

“СoinМarketСap”in Bakı vaxtı ilə saat 15:10-a olan məlumatları aşağıdakı kimidir.