Belarusa qarşı sanksiyalar razılaşdırıldı – Lukaşenko hələlik kənarda qalır…backend

Belarusa qarşı sanksiyalar razılaşdırıldı – Lukaşenko hələlik kənarda qalır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin xarici işlər nazirləri Belarusdan 20 aparıcı rəsmiyə sanksiya tətbiqi məsələsində razılığa gəldiklərini bəyan ediblər. Həmin şəxslər seçki saxtakarlığında və 9 avqust seçkisindən sonra etirazların zorakılıqla yatırılmasında əli olmaqda şübhəli bilinirlər.

Nazirlər Belarus Prezidenti Aleksnadr Lukaşenkonun da bir məqamda sanksiya siyahısına salına biləcəyini deyiblər.

ATƏT isə Lukaşenko hökumətilə müxalifət liderləri arasında vasitəçilik təklif edib. ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Xarici işlər naziri Edi Rama Vyanada keçirilən iclasda deyib ki, qurum daxili işlərə müdaxilə etməməlidir. Amma o, Belarusda insan haqları pozuntularına son qoymağın vacibliyini də vurğulayıb. Lukaşenko isə avqustun 28-də deyib ki, AB üzvü olan iki qonşu dövlətə – Polşa və Litvaya öz sanksiyalarını tətbiq edəcək.

Rusiyanın “Interfax” xəbər agentliyin məlumatına görə, Lukaşenko hökumət üzvlərini Litva limanlarından kommersiya daşımalarının istiqamətini dəyişmək üçün təkliflər verməyə çağırıb.