“Barselona”nın yeni transferi Valverdedən narazıdırbackend

“Barselona”nın yeni transferi Valverdedən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın yeni transferlərindən Arturo Vidal komandadakı vəziyyətindən narazıdır.

Qol.az-ın “Sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, oyun təcrübəsi baxımından əziyyət çəkən çilili yarımmüdafiəçi Çempionlar Liqasının “Tottenhem”lə səfər oyununda (4:2) ilk dəqiqələrdən meydanda olacağını gözləsə də, Ernesto Valverde matçın sonlarında ona şans verib. Bu isə təcrübəli oyunçunun xoşuna gəlməyib. Vidal artıq məsələylə bağlı öz meneceri və baş məşqçisini məlumatlandırıb. Ancaq o, buna görə konfliktə girmək istəmədiyini də əlavə edib.

Qeyd edək ki, “Barselona” rəhbərliyi Vidala daim əsas heyətdə oynayacağı ilə bağlı söz verdiyi üçün çilili futbolçu Milan “İnter”inin təklifindən imtina edib və məhz kataloniyaları seçib. Geridə qalan 9 oyunda isə futbolçu cəmi 176 dəqiqə meydanda olub.