“Azpetrol” cərimələndibackend

“Azpetrol” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpetrol LTD” yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Azpetrol” İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsini pozub. Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə 23 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar