Azərbaycanda qaçırılan 14 yaşlı qızla bağlı cinayət işi açıldı – VİDEObackend

Azərbaycanda qaçırılan 14 yaşlı qızla bağlı cinayət işi açıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qızla bağlı cinayət işi açılıb.
Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Qeyd edək ki, 2 gün öncə – 8 oktyabr tarixində rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.