“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan meşə yanğınlarına qarşı mübarizədə Əlcəzairə maliyyə yardımı göstərib.
Qol.az “Shoot Africa”ya istinadla xəbər verir ki, o, meşə yanğınlarının zərərini aradan qaldırmaq üçün 2 milyon avro bağışlayıb.
Qeyd edək ki, yanğınlar nəticəsində ən az 65 nəfər ölüb, bir çox insan yaralanıb.
Xatırladaq ki, Zidanın valideynləri əlcəzairlidir.