Yaponiyada 6,9 bal gücündə zəlzələ – ANBAAN VİDEObackend

Yaponiyada 6,9 bal gücündə zəlzələ – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir.

Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələ anının görüntülərini paylaşıblar.