İddiaçılar Turniri: Nicat Abbasov 14 oyunda qələbə qazana bilməyibbackend

İddiaçılar Turniri: Nicat Abbasov 14 oyunda qələbə qazana bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.

Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi məğlub olub. 14 oyunun nəticəsinə əsasən, N.Abasov 3,5 xal toplayaraq sonuncu, 8-ci yeri tutub.

Hikaru Nakamura (ABŞ) ilə Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) və Əlireza Firuzca (Fransa), rusiyalı Yan Nepomnyaşi ilə amerikalı Fabiano Karuana arasında keçirilən görüşlər heç-heçə başa çatıb.

Turnirinin qalibi isə hindistanlı Dommaracu Qukeş olub. Əmsala görə, Nakamura ikinci, Nepomnyaşi üçüncü, Karuana isə dördüncü yeri tutub.

Nepomnyaşi turnirdə bir dəfə də olsun məğlubiyyət (3 qələbə, 11 heç-heçə) yaşamayan yeganə şahmatçı olub.

Qeyd edək ki, qadınların yarışında İddiaçılar Turnirinin qalibi Çin şahmatçısı Tan Çjuni olub.