Avropa çempionatında Azərbaycan şahmatçılarının dueli – Sevinən kim oldu?backend

Avropa çempionatında Azərbaycan şahmatçılarının dueli – Sevinən kim oldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qadın şahmatçılar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.
Tribunainfo.az xəbər verir ki, bu raund Azərbaycan təmsilçilərinin dueli ilə yadda qalıb. Turnirdə məğlubiyyətsiz irəliləyən Ülviyyə Fətəliyeva Gövhər Beydullayevaya qalib gəlib – 1:0.
Hazırda aktivində 6,5 xalı olan Ü. Fətəliyeva liderdir. Gövhər Beydullayeva isə 5,5 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan şahmatçıları yeddinci turda ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar.