ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladıbackend

ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Senatındakı ikipartiyalı qrup aprelin 26-da Gürcüstanın baş nazirinə məktub göndərərək xəbərdarlıq edib ki, yeni təqdim edilən “xarici agentlər” qanun layihəsi qanuna çevrilərsə, onlar ABŞ-ın Gürcüstana münasibət siyasətində dəyişiklik etməyə məcbur olacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzeyə 14 senator tərəfindən göndərilmiş həmin məktubda deyilir. Bu sənəd Senatın bütün digər bəyanatları arasında məzmunca ən dramatik sənəddir.
Məktubda senatorlar Gürcüstan hökumətini ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirən, həmçinin ayrı-ayrı şəxslərə qarşı sanksiyalar ehtimalını artıran qanunvericiliyi geri götürməyə, hökumətin birbaşa maliyyələşdirilməsini dayandırmağa və viza məhdudiyyətlərini genişləndirməyə çağırıblar.
Senatorlar həmçinin hakim “Gürcü arzusu” partiyasının “xarici agentlər” qanununun ABŞ-ın FARA qanununa bənzəməsi ilə bağlı iddiasını rədd ediblər.
Məktubun sonunda senatorlar söz verirlər ki, onlar heç vaxt “demokratik və Avropa gələcəyini müdafiə edən, ucadan və aydın şəkildə danışan gürcü xalqının hamının eşitdiyi istəklərindən” əl çəkməyəcəklər.
Onların fikrincə, ABŞ və Gürcüstan arasında münasibətlər qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanır və onların hər biri bu münasibətlərin daha da dərinləşməsinin güclü tərəfdarıdır.
Lakin onlar da bildirirlər ki, “bu qanun ləğv olunmayana qədər münasibətlər davam edə bilməz”.
Aprelin 28-də Tbilisidə Gürcüstanın Qərb kursunu və Avropaya inteqrasiyasını təhdid edən “xarici agentlər” haqqında qanuna qarşı böyük aksiya hazırlanır.
Layihəyə ikinci oxunuşda baxılması aprelin 29-na planlaşdırılır.
Həmin gün hakim “Gürcü arzusu” partiyası öz tərəfdarlarını mitinqə dəvət edib.
Gürcüstanın Qərb tərəfdaşlarından qanun layihəsinin ölkənin Qərb kursu ilə bir araya sığmadığına dair siqnallar gəlməkdə davam edir.