Kəramət Böyükçöl:  Cavanşir Məmmədov pulunuzu yeyib, pensiyanızı kəsib?backend

Kəramət Böyükçöl: Cavanşir Məmmədov pulunuzu yeyib, pensiyanızı kəsib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıçı Kəramət Böyükçöl əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbərinə verilən reaksiyaları tənqid edib. Tribunainfo.az-ın xəbərinə görə, yazar sosial media istifadəçilərini haqsız yanaşmada günahlandırıb.
“Baxıram, elə iyrənc rəylər yazırlar ki… Siz Allah, bu adam sizə neyləyib? Haqqınızı yeyib, hüquqlarınızı tapdalayıb, saxta deputatınız olub, pensiyanızı kəsib, uşaqpulunuzu əlinizdən alıb, balalarınızı ac qoyub, neyləyib də? Pis-yaxşı müğənni idi, oxuyurdu, efirlərə çıxıb danışırdı. Niyə bu qədər aqressivsiniz? Nifrət, kin, aqressiya nifrət elədiyin adamdan çox sənin özünə ziyandı. Xoşunuz gəlmirsə, gəlməsin də. Həyatda olanda haqqında nəsə yazsanız, başa düşüləndi, bu da sizin söz haqqınızdı. Amma axı ölüm sondu, bitdi də. Özü də hələ torpağa tapşırılmayıb. Heç olmasa gözləyin, ailəsi, uşaqları, nəvələri, yaxınları ağlayıb qurtarsın, sonra pis şeylər yazın da. Allah rəhmət eləsin deyə bilmirsən, gözü yum, heç görmə də, baxma. Xoşun gəlmir, tanıma. Niyəsə qəbul edə bilmirəm kiminsə ölümünə sevinənləri, ona gülə bilənləri”.

Roman