“Yelo Bank”da nə baş verir?backend

“Yelo Bank”da nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” cari ilin 3-cü rübünə olan göstərilciləri bu ilin 2-ci rübü ilə müqayisədə də yaxşı nəticələr göstərə bilməyib.

Tia.az xəbər verir ki, “Yelo Bank”-ın idarə heyyətinin sədri Nikoloz Şurqaia-nın təcrübəsi də müştərilərin əmanətlərini bankda saxlamağa kifayət etməyib. Belə ki, bankın əsas göstəriciləri bu ilin 2-ci rübü ilə müqayisədə azalıb. “Yelo Bank”ın cəmi aktivləri – 19 mln. 324 min manat azalaraq 442 mln. 209 min manata, cəmi öhdəlikləri isə – 19 mln. 326 min manat azalaraq 2388 mln. 109 min manata düşüb. Bankın cəmi kapitalı isə 2 min manat artaraq 54 mln. 99 min manata çatıb.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR

Bankın müştərilərinə verdiyi kreditlər 59 mln. 467 min manat artaraq 319 mln. 569 min manata çatıb. Buna baxmayaraq bank 3 ay ərzində 20 mln. 344 min manatlıq depozit itirib. Bu da bankın cəmi öhdəliklərinin azalmasının əsas səbəbidir.

“Yelo Bank”ın xalis zərəri 3 ay ərzində – 9 mln. 610 min manat artaraq 23 mln. 192 min manata çatıb.

“Yelo Bank”ın xalis zərəri Qeyd edək ki, “Yelo Bank”ın səhmlərinin 95,68%-i “Topaz İnvetment Limited” MMC-yə, 4,22%-i fiziki şəxslərə, 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

Yelo Bank 2020 (III Rüb) 2020 (II Rüb) Fərq
Cəmi Aktivlər 442,209 461,533 ( – 19,324)
Cəmi Öhdəlik 388,109 407,435 ( – 19,326)
Cəmi Kapital 54,099 54,097 + 2
Kredit 319,569 260,102 + 59,467
Depozit 286,765 307,109 ( – 20,344)
Faiz Gəliri 41,083 27,672 + 23,411
Faiz Xərci 14,680 9,889 + 4,791
Xalis Faiz Gəliri (Zərəri) 26,402 17,782 + 8,620
Qeyri-Faiz Gəliri 2,264 1,459 + 805
Qeyri-Faiz Xərci 28,824 19,791 + 9,033
Əməliyyat Mənfəəti (Zərəri) (- 158) ( – 550) + 392
Xalis Mənfəət (Zərər) ( – 23,192) ( – 13,582) ( – 9,610)
Məcmu Kapital 54,494 54,126 + 368

 

Kommersant.az