Yay mövsümündə suda boğulanların sayı açıqlandıbackend

Yay mövsümündə suda boğulanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümündə suda boğulanların sayı açıqlanıb.

TİA.AZ xəbər verir ki, Azərbaycanda çimərlik mövsümünün açıq elan edilməsindən bu günə kimi 199 nəfər suda boğulma təhlükəsilə üzləşib.

Onlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.

Bakı və Abşeron rayonu ərazisindən 185 nəfər, digərləri isə regionlarda xilas edilib.

Çimərlik mövsümü başlayandan bu günə kimi nəzarətsiz ərazilərdə 48 nəfər suda boğulub.

Onlardan 28 nəfəri Xəzər dənizində, səkkiz nəfəri süni göllərdə, səkkiz nəfəri çaylarda, iki nəfəri su anbarında, iki nəfər isə su kanalında boğulub.

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib.