Tramp vergidən yayınmada ittiham edilirbackend

Tramp vergidən yayınmada ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York ştatının vergi xidməti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınma məsələsini araşdırır.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “New York Times” qəzetində yayımlanıb.

Nəşrin apardığı araşdırmanın nəticələrinə görə, Ağ Evin hazırkı sahibinə atasından 413 milyon dollar dəyərində daşınmaz əmlak miras qalıb. Trampın atası bu var-dövlətə vergidən yayınmaqla sahib olub.

Prezidentin vəkili Çarlz Xarder məlumatı “yalan” adlandırıb, Ağ Evdə də Trampın vergidən yayınması barədə informasiya inkar edilib.