“Olimp Hospital”ı cərimələdilərbackend

“Olimp Hospital”ı cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Olimp Hospital” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, hospital İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozub. Tələbi pozulan 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Hospitalla bağlı işə 20 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Hospitalın mövqeyini işıqlandırmağa hazırıq.

Nigar