Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – FAKTbackend

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb.
Son 7 ildə isə yaşa görə müavinət alanların sayı 4,1 dəfə artıb.
Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 aprel 2018-ci il – 36 min 167 nəfər (aylıq müavinət 73 manat)
1 aprel 2019-cu il – 60 min 485 nəfər (73 manat)
1 aprel 2020-ci il – 94 min 18 nəfər (130 manat)
1 aprel 2021-ci il – 103 min 20 nəfər (130 manat)
1 aprel 2022-ci il – 119 min 247 nəfər (180 manat)
1 aprel 2023-cü il – 132 min 640 nəfər (220 manat)
1 aprel 2024-cü il – 148 min 793 nəfər (220 manat)
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır.
Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin 490,7 manat təşkil etdiyi göstərilir. Bu isə o deməkdir ki, pensiya yaşına çatan, lakin pensiya ala bilməyən şəxslərə verilən müavinətin məbləği orta pensiya məbləğindən 2,2 dəfə azdır.
Xatırladaq ki, hazırda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 7 il əvvəl 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Sahil Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra Azərbaycanda pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərin sayı sürətlə artmağa başlayıb.