Türkiyə və Gürcüstan Bakı və İrəvan arasındakı sülh sazişini gözləyir – Politoloqbackend

Türkiyə və Gürcüstan Bakı və İrəvan arasındakı sülh sazişini gözləyir – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın və Ermənistanın qonşuları – Türkiyə və Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirlər.

Tribunainfo.az xəbər verir ki, bu fikirlə çıxış edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Ankaradakı birgə mətbuat konfransında söylədiklərinin leytmotivi eyni idi: 1.”Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”; 2. “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür”:

“Ərdoğan və Kobaxidze bu açıqlamalarla Bakı ilə İrəvanın pozitiv axarda cərəyan edən danışıqları məntiqi yekuna yaxınlaşdırmasını istəyirlər. Çünki Ankara və Tbilisi Ermənistan içərisində və kənarda sülhə qarşı çıxan pozucu qüvvələrin planlarından narahatdırlar”.

Nigar