Azərbaycan Fransanı qarışdırdıbackend

Azərbaycan Fransanı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Kaledoniyada baş verənlər bir daha göstərdi ki, Azərbaycan o boyda Fransa üçün də ciddi problemlər yarada bilər. Şəxsən mən Azərbaycanın yeritdiyi bu siyasəti dəstəkləyirəm. Ən azı ona görə ki, Yeni Kaledoniyada xalq daha Fransanın köləsi olmaq istəmir. Fransanın digər müstəmləkələrindəki azadlıq hərəkatlarına da Azərbaycanın dəstək verməsi gərəkir.

Tribunainfo.az yazır ki, bu fikirlərlə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib. O bildirib ki, Azərbaycan Fransanı qarışdırıb:

“Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyada vəziyyət nəzarətdən çıxıb. Fransa Yeni Kaledoniyada fövqəladə rejim tətbiq etmək məcburiyyətində qalıb. Qərbə bağlı olan nüfuzlu “politico.eu” saytı yazır ki, Fransanın daxili işlər naziri Gérald Darmanin olaylara görə Azərbaycanı ittiham edir. Qərb mənbələri onu da yazır ki, Rusiya da bu işin içindədir.


“BBC” yazır ki, ixtişaşlar zamanı 4 etirazçı Fransa tərəfindən qətlə yetirilib.
Azərbaycanın ingilisdilli mediası isə yazır ki, Yeni Kaledoniya sakinləri, xüsusən əsas etnik qrup olan Kanak xalqının nümayəndələri bir əlində Kaledoniya, digər əlində Azərbaycan bayrağı tutaraq müstəmləkəçi rejimə etiraz edirlər…
Yeni Kaledoniyada baş verənlər bir daha göstərdi ki, Azərbaycan o boyda Fransa üçün də ciddi problemlər yarada bilər. Şəxsən mən Azərbaycanın yeritdiyi bu siyasəti dəstəkləyirəm. Ən azı ona görə ki, Yeni Kaledoniyada xalq daha Fransanın köləsi olmaq istəmir. Fransanın digər müstəmləkələrindəki azadlıq hərəkatlarına da Azərbaycanın dəstək verməsi gərəkir…
Maraqlıdır ki, azadlıqdan, demokratiyadan danışan Azərbaycan müxalifəti azadlıq mücadiləsi aparan xalqlara yox, müstəmləkə siyasətini davam etdirən Fransa rejiminə dəstək verir”.

Nigar