Xocalı qatili İrəvanda “xortladı”: Balasanyan nə istəyir?backend

Xocalı qatili İrəvanda “xortladı”: Balasanyan nə istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımının əsas təşkilatçılarından biri, azərbaycanlılara qarşı xüsusi kin bəsləyən və antiterror əməliyyatından sonra gizli yolla Qarabağdan Ermənistana qaçan Vitali Balasanyan yenidən “xortla”yıb. Tribunainfo.az xəbər verir ki, o, dünən keşiş Baqratın aksiyasına qatılaraq, Paşinyanın istefa verməsini tələb edib.

Mətbuata verdiyi açıqlamasında isə yenidən Qarabağa qayıtmaq, bunun üçün “mübarizə” aparmaq niyyətində olduğunu açıqlayıb. Balasanyan “Ermənistan xəbərləri” saytına bildirib ki, onun hazırda əsas hədəfi Qarabağa qayıtmaq və bütün erməniləri də özü ilə aparmaqdır.

Balasanyan deyir ki, Qarabağaın “itirilməsi”nə görə, özü qarışıq, hamı məsuliyyət daşıyır. “Mən daxil olmaqla, Qarabağın itirilməsində hamı məsuliyyət daşıyır. Biz bununla hamılıqla cinayət törətmişik və cavab verməliyik”.

O daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanı da ittiham edib. Bildirib ki, baş nazirin Qarabağın adından danışmaq hüququ yoxdur. “Paşinyanı Qarabağ erməniləri seçməyib. Onun Qarabağ haqqında danışmaq haqqı və hüququ yoxdur. Bu səbəbdən də qərar vermək ona düşmür”.

Amma Vitali Balasanyan bununla da kifayətlənməyib. O iddia edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən Qarabağ ermənilərini Azərbaycan, Rusiya və Ermənistan geri qaytarmalıdır. “10 noyabr razılaşmasında qaçqınların öz yerlərinə geri dönməsinə dair maddə var. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan həmin razılaşma və madddəyə əsasən erməniləri Qarabağa qaytarmalıdırlar. Bu onların vəzifəsidir”.

Qeyd edək ki, Ermənistana qaçdıqdan sonra uzun müddətdir heç bir açıqlama verməyən, ümumiyyətlə, səsini çıxarmayan separatçı qəfil meydanda görünməklə çoxlarında təəccüb yaradıb. Müşahdiəçilərin böyük qismi düşünür ki, Balasanyanın siyasətə girişməsi səbəbsiz deyil. Onlara görə, separatçının hansısa ciddi maraqları var və onları təmin etmək üçün etirazçılara qoşulub.

Həmçinin onun verdiyi açıqlamalarına istinad edən müşahidəçilər bildirirlər ki, Xocalı qatili Qarabağ ermənilərinin rəhbəri olmağa çalışır. Çünki son zamanlar separatçıların rəhbəri Samvel Şahramanyan Qarabağdan könüllü köçmüş ermənilərə başçılıq edə bilmir və ondan nazarılıq edən çoxdur.