Sumqayıtda yeni təmir olunan yol çökdü – VİDEObackend

Sumqayıtda yeni təmir olunan yol çökdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Universitetinin qarşısındakı yol çöküb.

TIA.AZ xəbər verir ki, hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib.

Yeni təmirdən çıxan yolda yaranan vəziyyət avtomobillərin hərəkətini çətinləşdirib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətuat katibi Anar Nəcəfli qeyd edib ki, burada əsas məsuliyyət təmir-tikintini aparan şirkətin üzərinə düşür. 

”Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, sözügedən yol gecə saatlarında çöküb. Tikintini həyata keçirmiş şirkətin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib və çökmənin hansı səbəbdən baş verdiyi məlum olub.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: