“Autizmi sağaldıram adı ilə valideynləri soyurlar”- Həkimbackend

“Autizmi sağaldıram adı ilə valideynləri soyurlar”- Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Autizmin səbəbi tapılmır. Az qala hər gün bir hipotetik məlumat çıxır ortaya. Heç biri də təsdiqini tapmır. Elmdə belə boşluq olanda cadugərlər, öncəgörənlər, falçılar, cinçıxardanlar, parapsixoloqlar ortalıqda at oynadır ki, mən sağaldıram bu xəstəliyi. Nəyi sağaldırsınız? Səbəbi tapılmayan, sağalmayan autizmi necə sağalda bilərsiz axı?

Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev yazıb. O bildirib ki, bu gün tibbi təhsili olan bəzi “loğmanlar” zavallı valideynlərin hissiyyatı ilə oynayırlar:

“Bu problem mərkəzləşdirilməlidir! Ciddi statistika aparılmalıdı! Yaradılan Mərkəzə ciddi mütəxəssislər cəlb olunmalıdır. Yoxsa, hər tində bir fırıldaqçı valideynin cibini soyacaq. Uşaqlar da yardımsız qalacaq”.

Nigar