MPAY-dan şikayət: “Biabırçı ödəniş sistemidir” – Fotobackend

MPAY-dan şikayət: “Biabırçı ödəniş sistemidir” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MPAY ödəniş sistemi biabırçı sistemdi. Heç kəsə bu sistemdən istifadə etməyi məsləhət görmürəm.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Zaur Bayramov yazıb. O bildirib ki, MPAY vasitəsilə etdiyi ödənişə görə 1 manat komissiya tutulub, ancaq ödəniş həyata keçməyib:

“Ödəniş etmişəm, 1 manat komissiya tutub. Ancaq ödəniş baş tutmayıb. Ödəniş 12 saat ərzində geri qayıdacaq, dedilər. Amma komissiya qayıtmayacaq. Operatora deyirəm, mən tutaq ki, 50 ödəniş edəcəm və heç biri də keçməyəcək, pul qayıdacaq, amma 50 manat komissiya yox?? Cavab verir ki, prosedur belədi. Sən ödəniş sistemisən, ödənişə görə başqaları kəşbek verir, sən komissiya tutursan. Hələ keçirə bilmədiyin ödənişin komissiyasını da qaytarmırsan. Bu sistemdən ehtiyatlı olun. Bacardığınız qədər heç istifadə etməyin. Məcburiyyətdən istifadə elədim, əsəb etdilər”.

Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman