Sumqayıtda səkilər də satılıb-FOTObackend

Sumqayıtda səkilər də satılıb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ bildirir ki,Sumqayıt icra hakimiyyətinin göstərişi ilə  şəhərin 6-cı mikrorayonunda tikinti işləri aparan tikinti şirkətlərindən biri  Əmək Məcəlləsinə  və ərazidə yaşayan sakinlərin istirahət hüququnu pozaraq qanunlara  məhəl qoymur.Belə ki,dünən bazar günü-iş gün olmamasına baxmayaraq mikrorayonun ərazisində qızğın iş aparılıb ki,bu da sakinlərin narazıçılığına səbəb olub.

Bu barədə dünən Sumqayıtda yaşayan jurnalist  Natiq Cavadlı öz feysbuk səhifəsində yazıb . Natiq Cavadlı icra başçısını,icra hakimiyyətinin məsul işçilərini belə “işə” görə qınayıb və  onları yolun səkisini belə satmaqda ittiham edib.Həmin şikayəti və tikinti zamanı çəkilən şəkilləri oxuculara təqdim edirik:

“İstirahət günüdür, amma Sumqayıtın 6-cı mikrorayonunda icra hakimiyyəti və tikinti şirkəti Əmək Məcəlləsinə məhəl qoymurlar.

Baxın, hətta yolun səkisi belə satılıb, bərəkallah Zakir Fərəcov.

Güman ki, şəhər icra başçısı və əsabələri istirahət edir, amma insanlar da dincəlmək istəyir, bu maşınların səsi onlara bütün günü “sakitlik” yaşadacaq”

TİA.AZ