Sumqayıt teatrında “-1” psixoloji dramının premyerası olacaq (AFİŞA)backend

Sumqayıt teatrında “-1” psixoloji dramının premyerası olacaq (AFİŞA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır.
Tribunainfo.az xəbər verir ki, tam fərqli mövzu, fərqli rejissor yanaşması, mükəmməl aktyor oyunu, obrazların ruhuna və auraya uyğun musiqi, danışa bilən bədii tərtibat…
Teatrın gənc rejissoru Ümüd Abbas Nihani mühacirlər mövzusuna müraciət edib.
S. Mrojekin “Mühacirlər” əsəri Ümid Abbasın yozumunda “-1” adı ilə müasir və aktual traktovkada təqdim olunacaq.
Gənc və istedadlı aktyorlar Elay Xasıyev və Kamran Murad oyun tərzləri ilə izləyicinin diqqətini zirzəmidə baş verən söhbətlərə çəkə biləcəklər.
Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
Bu həyəcan dolu tamaşanı 7 aprel saat 18⁰⁰-da izləyə bilərsiniz.
Biletlər teatrın kassasında satılır.
Tələsin, yerlər məhduddur…
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+99455) 449-42-12