Azərbaycan Ordusunu dayandıra bilməyəcəksiniz! – Paşinyanbackend

Azərbaycan Ordusunu dayandıra bilməyəcəksiniz! – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş vilayətinin Kirant kəndinə səfərinin təfərrüatları məlum olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.

Məlumata görə, N.Paşinyan sakinlərdən aksiyanı dayandırmağı və demarkasiya prosesinə mane olmamağı tələb edib. Lakin sakinlər baş nazirə etiraz edərək əraziyə gətirilən texnikaların yandırılacağı deyiblər. Paşinyan isə onların prosesə mane ola biləməyəcəklərini, azərbaycanlıların əraziyə daxil olmasının qarşısını almağı bacarmayacaqlarını bildirib.

O, sakinlərə müraciətində qeyd edib ki, Ermənistanı xilas etmək istəyirlərsə, həmin kəndlərdən imtina etməlidirlər. Paşinyan bunun Ermənistanın mövcudluğu üçün vacib olduğunu söyləyib.

Baş nazir demarkasiya prosesi əsasında kəndin çox hissəsinin, dövlətlərarası yolun keçdiyi körpünün Azərbaycan tərəfinin nəzarətində olacağını deyib.

Onun sözlərinə görə, demarkasiya üçün 1991-ci il xəritələri Rusiya arxivlərindən götürülüb, həmin xəritələrdə sərhədin Kirantdan keçməsi əks olunub. Hətta o bildirib ki, Moskva da ərazinin bu şəkildə bölünməsini dəstəkləyir.

N.Paşinyan vurğulayıb ki, Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə yaşayan ermənilərə evlərinə görə kompensasiya ödəniləcək, lazımi dəstək göstəriləcək.