Borrell etiraz aksiyasında gürcü polisinin hərəkətlərini pisləyibbackend

Borrell etiraz aksiyasında gürcü polisinin hərəkətlərini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstanda “Xarici agentlər haqqında” qanuna etiraz edənlərə qarşı polis əməkdaşlarının hərəkətlərini pisləyib.

Tribunainfo.az xəbər verir ki, müvafiq açıqlama diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Mən Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Aİ-yə üzv olmağa namizəd ölkədir və mən onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram”, – deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

O əlavə edib ki, dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə yolverilməzdir.

Qeyd edək ki, ötən gün Gürcüstanda növbəti etiraz aksiyası keçirilib. Bildirilir ki, xüsusi təyinatlılar, eləcə də polis qüvvələri nümayişçiləri dağıtmağa çalışıb. Polis bu məqsədlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Aksiya zamanı 63 nümayişçinin saxlanıldığı bildirilir.