Sumqayıtda 4 ağacın kəsilməsi təbiətə 1 560 manat ziyan vurdubackend

Sumqayıtda 4 ağacın kəsilməsi təbiətə 1 560 manat ziyan vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov TİA.AZ-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 4 ağacın kəsildiyi və təbiətə 1 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt şəhər prokurorluğuna göndərilib.