Skripalın qızı Rusiyanın köməyindən imtina etdibackend

Skripalın qızı Rusiyanın köməyindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Britaniyalı keçmiş cəsus Serqey Skripalın qızı Yuliya Skripal Rusiya səfirliyinin və əmisi qızı Viktoriyanın köməyindən imtina edib.
Yuliya Viktoriya Skripalın Böyük Britaniyaya gəlməsini istəməyib. O, əmisi qızına göstərdiyi qayğıya görə təşəkkür edib və hazırda onunla əlaqə yaratmamağı tövsiyə edib. Y. Skripal bəyan edib ki, onun və atasının bəyanatı ilə Viktoriyanın dedikləri üst-üstə düşmür.
Bundan başqa, Yuliya Rusiya səfirliyinin köməyinə də ehtiyacı olmadığını deyib. O, “Mənə məlumat verildi ki, Rusiya səfirliyinin xüsusi nümayəndələri  kömək etməyi təklif ediblər. Hal-hazırda xidmətlərindən yararlanmaq istəmirəm. Ancaq fikrimi dəyişsəm onlara necə müraciət edəcəyimi bilirəm”,- söyləyib.(Qafqazinfo)