Şəhidlik uca məqamdırbackend

Şəhidlik uca məqamdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada hər şeydən gözəldir, vətəni özününkü olduğu üçün sevmək, onun uğrunda canından kecməyə hazır olmaqdır. Tarixin hansı səhifəsini vərəqləsən orada xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsi görərsən. Bir insanın bəlkədə, genindən gələn bir şərəfdir-şəhidlik. İnsanlarda anadan gəlmə hiss, duyğu olan, nəyinsə kiminsə naminə canından belə kecmək cəsarət olur. Buda hər bir insana qismət olmur. Bu şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı boğmaq olmaz.

Bu sadaladığımız milli keyfiyyətlər milli mənsubluğa söykənən insanın daxili gücünün və ədalətsizliyə qarşı mübarizliyinin nümunəsidir. Müstəqillik əldə etdikdən sonra xalqımız çox müsibətlərlə qarşılaşmışdı. 20 yanvar faciəsindən başlayaraq Xocalıya uzanan və bu Azərbaycan İkinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlıq danılmazdır. Ermənistanın Azərbaycana hərbi təcavüzu zamanı müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda qurban gedənlər hər qarış yurd üçün canlarından kecərək müasir qəhrəmanlıq tariximizə öz adlarını yazmışlar. Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran layiqli dərs verən şəhidlırimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla vətənin bölünməzliyinə imza atdılar.

Ermənilər Xocavənd-Füzuli istiqamətində törətdikləri təxribatların qarşısını alarkən qəhrəmanlıqla həlak olan Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşıml, Zülfi Qədimov, Zakir Cəfərov, Elvin Əhmədov və başqalarının adını qeyd etmək olar. Şəhid hesab olunması ilə əlaqədər olaraq bir sıra sənədlər vardıki, onların icra olunması məcburidir. 1. Hərbi qulluqçulara münasibətdə: hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə halarında isə məhkəmə qətnaməsi. 2. Mülki vətəndaşa münasibətdə: rayon( şəhər) YİHO-nın verdiyi arayış. İkinci Qarabağ savaşında elə şücaət göstərmiş var. Və mən inanıramki, Ali Baş komandanımız onları layiqincə qiymətləndirəcək. Çünki, biz onların hesabına torpaqlarımızı geri qaytardıq. Və onlar bizim canlı qəhrəmanlarımızdır.

Abbasova Pərvavə

Nəsimi rayon gənci