Rusiya Bankı 16 illik fasilədən sonra zərərlə üzləşibbackend

Rusiya Bankı 16 illik fasilədən sonra zərərlə üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Bankı (Mərkəzi Bank) 2017-ci ili 435,3 mlrd. rubl (təxminən, 6,9 mlrd. ABŞ dolları) zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu barədə qurumun internet səhifəsində məlumat verilib.

Xatırladaq ki, Rusiya Bankı 2016-cı ildən 43,745 mlrd. rubl (təxminən, 695 mln. dollar) mənfəətlə çıxmışdı. Mərkəzi Bankın mənfəətdən zərərə keçməsi ötən il onun xərclərinin, təxminən, 2 dəfə artması, gəlirlərinin isə, təxminən, 10% azalması ilə bağlıdır.

Rusiya Bankı sonuncu dəfə 1998-ci ildə zərərlə işləyib.