Binəqədi Məhkəməsi Arkadi Qukasyanla bağlı qərar verdibackend

Binəqədi Məhkəməsi Arkadi Qukasyanla bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağda qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.
APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı əsaslı hesab edib. Qərara əsasən, A.Qukasyanın həbsdə saxlama müddəti 5 ay uzadılıb.
Bundan başqa Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Qeyd edək ki, ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Sözügedən separatçılar çoxsaylı cinayət əməllərinin törədilməsində ittiham olunurlar.