“Real” Neymarı rekord qiymətə alacaqbackend

“Real” Neymarı rekord qiymətə alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madridin “Real” klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsində “PSJ”nin hücumçusu Neymarla müqavilə bağlamaq niyyətindədir.

TİA.AZ xəbər verir ki, bu barədə “Don Balon” nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Nəşrin məlumatına görə, klubun rəhbərliyi Neymara görə, 260 milyon avrodan keçməyə razılaşıb.

Bundan savayı 26 yaşlı “sambaçı”nı almaq üçün kral klubu beş futbolçusunu “PSJ”ə ötürməyə hazırdır. Klubun nümayəndələri artıq mart ayında Rioda hücumçu ilə görüşüb.

Neymar  Fransa çempionatı və Parisdəki yaşayışın səviyyəsindən narazıdır, ona görə də, klubdan ayrılmaq  qərarına gəlib.

Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib.