“Rahat” marketdə satılan “Bolluq” şirkətinin məhsulu zay çıxdı – Fotofaktbackend

“Rahat” marketdə satılan “Bolluq” şirkətinin məhsulu zay çıxdı – Fotofakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda böyük supermarketdə atılan məhsulun içərisindən yad cism çıxıb.

Minval.info xəbər verir ki, bu barədə paytaxt sakini Habil Əhmədov məlumat verib. O, “Neftçilər” metrostansiyanın yaxınlığında yerləşən “Rahat” marketdən aldığı günəbaxan tumu halvasının içərisindən qara bərk cism çıxıb. H.Əhmədov məhsulun “Bolluq” şirkəti tərəfindən istehsal olunduğunu deyir.

“Halvanı kəsib yeyərkən içində qara-qara, qum dənələrindən kiçik cismlər var idi. İlk növbədə düşündüm ki, bunlar tumun qabığı olar, şirkət çəkini artırmaq üçün üyüdüb qatıb. Sonra halvanı kəsib yedikdə içindən şəkildə də görsəndiyi, noxud dənəsi boyda bərk qara cism çıxdı. Daş kimi bərk idi. Halvanı bir az ovanda içinin çox hissəsinin belə kiçik xırda cismlərin çox olduğunu gördüm” – Habil bəy bildirib.

O, insanları qida məhsulları alarkən diqqətli olmağa çağırıb.

Məsələ ilə bağlı “Bolluq” şirkətiylə telefon vasitəsilə əlaqə saxladıq. Lakin şirkət əməkdaşı saytımıza açıqlamasında bildirdi ki, mövzuyla əlaqədar səlahiyyətli şəxs hazırda iş başında deyil.