“Qızlarıma cehiz vermək üçün bağımı satdım”backend

“Qızlarıma cehiz vermək üçün bağımı satdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Pravda.az axşam.az-a istinadən xəbər verir ki, aktyor “Elgizlə izlə” verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:

“Bağım var idi… Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi ikiotaqlı evdə yaşayırıq”.

Q.Əlili aktyorlara ev verilməsi məsələsindən söz açıb:

“Jurnalistlərə evlər tikildi. Paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər. Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayardılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda”.