Nyu-Yorkda 735 min dollara ev alan Turan İsmayılov kimdir? (FOTO)backend

Nyu-Yorkda 735 min dollara ev alan Turan İsmayılov kimdir? (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb. Tribunainfo.az yazır ki, bu barədə jurnalist Cavanşir Həsənli apardığı araşdırma ilə məlumat əldə edib. Onun xəbərinə görə, mənzil Nyu-York, 250 S End Ave Apt 8e ünvanında yerləşir. Alqı-satqı ötən ilin dekabrın 20-də olub.
Qeyd edək ki, Finoko” BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50% isə Əliyev Elmar Rəşid oğluna məxsusdur. İki qardaşdırlar. İsmayılov Turan Mübariz oğlu isə “Finoko” BOKT ASC-nin direktorudur.

Roman