Məhkəmə generala “yox” dedibackend

Məhkəmə generala “yox” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürlməsi üçün məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətə Xəzər Rayon Məhkəməsində baxılıb.

Lakin məhkəmə generalın şikayətini geri qaytarıb. Ona görə ki, E.Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Qanuna görə o, ciddi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilməz.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilə bilər.

Qeyd edək ki, MTN generalı Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 10 il 6 ay azadlıqdan məhrum edilib.