Dəhşətli olay: Qadının boynu və 3 barmağı kəsilmiş şəkildə tapıldı – FOTObackend

Dəhşətli olay: Qadının boynu və 3 barmağı kəsilmiş şəkildə tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada Pakistan vətəndaşı Aşfaq Əhməd Qureşi (59) evinin mətbəxində boynu və 3 barmağı kəsilmiş halda ölü tapılıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Qətl Bürosu qrupları Qureşinin onunla birlikdə yaşayan oğlu AAQ-ı (30) saxlayıb.

Pakistan əsilli ingilis dili müəllimi AAQ 112 Təcili Zəng Mərkəzinə zəng edərək kömək istəyib və bildirib ki, evə gələndə birlikdə yaşadığı anası Ashfaq Ahmad Qureşi-ni mətbəxdə qanlar içində görüb. Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Gələn həkim qrupu Aşfaq Əhməd Qureşinin öldüyünü müəyyən edib.

Hadisə yeri araşdırma qrupu evin mətbəxindən və eyvan qapısından barmaq izi nümunələri götürüb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.