“Qəbələ” Avropa Liqasında çıxış edəcək – Azərbaycan çempionatıbackend

“Qəbələ” Avropa Liqasında çıxış edəcək – Azərbaycan çempionatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.
Bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra müəyyənləşib.
Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl “Sumqayıt” büdrədiyindən, “Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, “qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.
Bu gün “Neftçi” “Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman “Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək/APA.