QAZAXISTAN ÖLKƏNİN ADINI DƏYİŞİRbackend

QAZAXISTAN ÖLKƏNİN ADINI DƏYİŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda ölkənin adının Qazax Respublikası adlandırılması təklif edilib.

Tribunainfo.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu təklifi Qazaxıstanın Demokratik Partiyasının lideri Azat Peruaşev irəli sürüb.

“Partiya əmindir ki, respublika onu yaradan insanların adı ilə adlandırılmalıdır. “Gec və ya tez buna gələcəyik. Bu, tarixi ədalətdir”, – Peruaşev bildirib. Adının dəyişdirilməsi ilə bağlı təklif partiyanın siyasi proqramına daxil edilib.

Xatırladaq ki, 2014-cü ildə Qazaxıstan lideri Nursultan Nazarbayev ölkənin adının Kazak Eli (Qazax torpağı) olaraq dəyişdirilməsini təklif etmişdi.