Qarabağdakı Nevski, Puşkin, Çexovun büstləri necə olacaq? – İzahbackend

Qarabağdakı Nevski, Puşkin, Çexovun büstləri necə olacaq? – İzah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” salınmışdı. Tribunainfo.az xatırladır ki, layihənin müəllifi heykəltəraş Mixail Serdyukov olmuşdu. Ruslar Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstlərini qoymuşdular. O büstlər Xocalıda idi. Maraqlıdır, indi onları özləri ilə götürüb gediblər, ya necə?


Bu mövzuda Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, rus qoşunlarının bölgədən çıxarılması kimi tarixi bir hadisənin yanında büstlər kiçik elementdir. Onun sözlərinə görə, ruslar heykəlləri aparmasa belə, zamanla oradan götürüləcək: “Xocalı yaralı yerimizdir. Qətliamı törədən həm də 366-cı rus alayı olub. Xalqımız bunu unutmayıb. Ona görə məhz Xocalıda rus xadimlərinin abidələrinin olması xoş mənzərə deyildi. Artıq rus hərbi kontingenti regionu tərk edir və həmin büstlər də orada olmayacaq. Əgər özləri ilə aparıblarsa, lap yaxşı, büstlər saxlanıbsa, zamanla həllini tapacaq. Hər halda ən azı Xocalıda qalmalı deyil. Amma rus ədibləri və xadimlərinə hörmət əlaməti olaraq onları Rusiya səfirliyinin Mədəniyyət Mərkəzinə təhvil vermək olar”. Ekspert yada salıb ki, Xocalıda provaslav kilsəsi də var, Azərbaycan isə dini tolerantlıq olan, bütün dini abidələrə diqqət göstərən ölkədir, sadəcə, bu kilsə Xocalıda sonradan tikilib, tarixi abidə deyil. O səbəbdən analitik istisna etmir ki, onun gələcəkdə yeri dəyişdirilə bilər.

Roman