Qadının elektrik naqililə boğularaq öldürüldüyü evdən görüntülər – VİDEObackend

Qadının elektrik naqililə boğularaq öldürüldüyü evdən görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətlin üstü hələ açılmayıb

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

“Report”un əməkdaşları hadisənin baş verdiyi ünvanda olub.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qətlin üstü hələ açılmayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Qonşuların verdiyi məlumata görə, qətlə yetirilən 30 yaşlı Turanə Cəfərova öldürüldüyü mənzildə kirayə və tək yaşayırmış. Hadisə baş verən zaman isə yan mənzildə təkcə 9 yaşlı uşaq olub.

Bina sakinləri sözügedən şəxslə sadəcə ara-sıra həyətdə qarşılaşdıqlarını, heç bir ünsiyyətdə olmadıqlarını deyir.

Qonşular bildirir ki, qətlə yetirilən qadının indiyədək narahatedici davranışının şahidi olmayıblar.

Naxçıvan Muxtar Respublikasının sakini olan Turanə Cəfərovanın elektrik naqili ilə boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.