Putin 4-cü dəfə andiçmə mərasimi keçirdibackend

Putin 4-cü dəfə andiçmə mərasimi keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın yeni prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçirilib.

Mərasimlə əlaqədar Kremlin Böyük Sarayına gedən yollar yerli vaxtla səhər saat 9-dan günorta saat 3-ə kimi bağlı olacaq.
Rusiyada inauqurasiya mərasimi qanunla tənzimlənməsə də, ənənəvi olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələrin açıqlanmasından 30 gün sonra keçirilir.

 

Mərasimi Rusiyanın əsas telekanalları ilə işıqlandırılıb. Yeni seçilmiş prezident tədbirin başlanmasına 5 dəqiqə qalmış maşın korteci ilə hadisə yerinə gələcək. İnauqurasiya ənənəyə uyğun olaraq, Kremlin Böyük Sarayında baş tutub.

 

Putin andiçmə mərasiminə “Aurus” adlı yerli istehsal olan avtomobillə gedib.

Vladimir Putin zaldakı qonaqlarla salamlaşıb.

Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident seçildiyini elan edib.

Andiçmədən sonra Rusiyanın Dövlət Himni səslənib.
Bu, Vladimir Putinin dördüncü inauqurasiya mərasimi olub.

 

O, ilk dəfə 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilib. 2004-cü ildə seçkilərdə qalib gələrək yenidən prezident vəzifəsinə yiyələnib. Putin 2008-ci ildə Konstitutsiya ilə qadağan olunduğu üçün seçkilərdə iştirak etməyib. 2012-ci ildə o yenidən seçkilərdə qalib gələrək Rusiya Federasiyasına 6 il rəhbərlik etmək hüququ əldə edib. Bu zaman seçki qaydaları dəyişdirilərək prezident 4 illiyinə deyil, artıq 6 illiyinə seçilir. Bu səbəbdən 2018-ci ildə keçirilən seçkilərdə qalibiyyət Putinə Rusiyaya dördüncü dəfə daha 6 illiyə rəhbərlik etmək hüququ əldə edib.(Modern.az)