Vətən Müharibəsinin igidlərindən biri, son döyüşündən əvvəl mobil telefonla çəkdiyi videogörüntüdə şəhid olacağı təqdirdə dünyaya gələn oğluna öz adının verilməsini istəyən baş gizir Allahyarov Şahin Hüseynbala oğlunun vəsiyyəti reallaşıb.
TİA.AZ-ın məlumata görə, baş gizirin Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn oğluna onun adı verilib.
Xəstəxanadan “Report”un Şimal bürosuna bildirilib ki, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.