Moskva terrorunu edən İŞİD necə yarandı və indi haradadır?backend

Moskva terrorunu edən İŞİD necə yarandı və indi haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva terrorunun məsuliyyətini üzərinə götürən İŞİD qruplaşması necə yaranıb və indi harada mənzillənib? Tribunainfo.az bu barədə araşdırma hazırlayıb. Həmin məlumatları təqdim edirik:
Bir zamanlar İraq və Suriyada böyük ərazilərin nəzarətini ələ keçirmiş İslam Dövləti adı ilə tanınan sərt xətt tərəfdarı cihadçıların qrupu insanların qul halına salınması, zorlanma, qətllər kimi qəddar əməlləri ilə seçilir.

Əsas etibarilə sünni ərəblərdən ibarət qrup olan İslam Dövləti qrupu iordaniyalı Əbu Musab Əl-Zərqavinin 2004-cü ildə başçılıq etdiyi İraqda Əl-Qaidə təşkilatının əsasında yaranıb. İraqda Əl-Qaidə təşkilatı Birləşmiş Ştatların İraq ordusu və Səddam Hüseynin nüfuzlu Bəəs partiyasını ləğv etmək qərarından sonra ölkədə sünnilər arasında onların hüquqlarının pozulduğu ilə bağlı dərin narazılıqları bölüşürdü.
Əbu Musab Əl-Zərqavi ABŞ-ın hərbi hava hücumları nəticəsində qətlə yetiriləndən sonra bir müddət İraqda sakitlik dövrü müşahidə edildi. Lakin İraqda Əl-Qaidə təşkilatı sadəcə gizlincə fəaliyyət göstərib, Əbu Bəkr Əl-Bağdadinin başçılığı ilə yenidən meydana qayıtdı.
İraqda ABŞ-ın başçılığı ilə koalisiya tərəfindən saxlanmış Bağdadi Əl-Qaidəni zəif bir təşkilat kimi ləğv edib, öz radikal ideologiyasından İslam Dövləti qrupunu yaratmaq üçün istifadə etdi.
Qrup İraqda məzhəbçi şiələrin başçılıq etdiyi hökumətin hakimiyyəti dövründə gücləndi və Suriyada müharibə nəticəsində yaranmış siyasi vakuumdan istifadə edərək nüfuz və ərazilər qazana bildi.

Daxili çəkişmələr Əl-Nusra qrupunun İŞİD-dən ayrılmasına və Əl-Qaidəyə sədaqət andı verməsinə səbəb oldu. Lakin İŞİD münaqişəyə presedenti olmayan bit şəkildə xarici ölkələrdən on minlərlə döyüşçünün qatılmasından bəhrələnərək Suriyada mövcudluğunu gücləndirdi.

2014-cü ildə İŞİD Suriyada Raqqa şəhərini “xilafətin paytaxtı” elan etdi və Mosul, Ramadi və Fəllucə kimi şəhərləri ələ keçirərək İraqda hərbi əməliyyatlar keçirdi.