Məşhur ulduz ata oldubackend

Məşhur ulduz ata oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər müğənni Suki Uoterhausla birlikdə olan və son olaraq Betmen filmində rol alan Robert Pattinsonun ata olduğu məlum olub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, daha əvvəl “Harri Potter” və “Od Qədəhi”, “Alatoran” serialı və “Batman” kimi filmlərdə rol alan Robert Pattinson 2018-ci ildən müğənni Suki Uoterhausla eşq yaşayırdı.

Münasibətlərini diqqət mərkəzindən uzaqda yaşamağa üstünlük verən məşhur cütlüklərdən biri olan Suki Waterhouse, keçən noyabrda Corona Capital Festivalında körpə gözlədiyini açıqlamışdı.

Los-Ancelesdə körpəsi ilə gəzintiyə çıxan məşhur cütlük körpənin adı və cinsi ilə bağlı hələlik açıqlama və ya paylaşım etməyib.