Məşhur ixtiraçı-milyarder İlon Mask elə efirdəcə “nəşələnib”backend

Məşhur ixtiraçı-milyarder İlon Mask elə efirdəcə “nəşələnib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur biznesmen, innovasiya xarakterli layihələrin müəllifi və “Tesla” şirkətinin təsisçisi İlon Mask bu gün qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Belə ki, İlon Mask “Joe Rogan Experience” adlı verilişin efirində, canlı yayımda marixuana çəkməyə başlayıb.

Milyarder narkotiki ABŞ-ın tanınmış komik və teleaparıcılarından Co Roqanla söhbət zamanı istifadə edib. Bundan sonra “Tesla”nın direktoru buzla doldurulmuş viski içərək, əslində spirtin də bir növ narkotik olduğunu deyib.

Müsahibəni götürən İlon Maskdan bunu daha öncələr edib-etməməsi ilə maraqlandığı zaman biznesmenin cavabı müsbət olub:“Bəli, fikirləşirəm ki, nə vaxtsa bundan dadmışam”.

Roqan İlon Maska şirkətin səhmdarlarının onun bu hərəkətinə sərt reaksiya verə biləcəyi ehtimalını dilə gətirdikdə milyarder iş adamı əməlinin tamamilə qanunauyğun olduğunu söyləyib.

Qeyd olunur ki, Kaliforniya ştatında bərpaedici məqsədlərlə marixuanadan istifadə leqal sayılır. Bu barədə qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minib.

Narkotik maddədən istifadə verilişdə İlon Maska gələcəkdə “Tesla”nın daha böyük elmi yeniliklərə imza atacağı və süni intellekt sahəsində araşdırmaları dərinləşdirəcəyini söyləməyinə mane olmayıb.

Bundan daha öncə də sosial şəbəkələrdə və jurnalistlər arasında İlon Maskın aktiv narkotik istifadəçisi olduğu irəli sürülmüşdü. Biznesmen bu yaxınlarda “Tesla”nın bir səhmini 420 dollara satılacağını elan edən zaman şayiələr daha da artıb. Çünki 420 nəşəxorların sevimli vaxtı sayılır.

Lakin Mask bütün bu söyləmləri rədd edərək narkotiklərin onun yaradıcılığına heç bir xeyir gətirmədiyini bildirib.